Nordic Talks: Skandinaviya Yaşıl Modeli | Ekspertlərin Konfransı
Danimarka
Uilyam Lim - Danimarka Enerji Agentliyində külək enerjisi üzrə baş müşavir
Bioqrafiya: Uilyam Lim 2008-ci ildən külək sənayesi sahəsində fəaliyyət göstərir və külək sektorunda qlobal bazar, sənayenin dinamikası haqqında, xüsusilə, külək turbini istehsalçıları nöqteyi-nəzərindən geniş məlumata malikdir.
|
Finlandiya
Tuuli Kaskinen - İqlim Liderliyi Koalisiyasının baş icraçı direktoru
Bioqrafiya: Tuuli Kaskinen İqlim Liderliyi Koalisiyasının (CLC - İLK) baş icraçı direktorudur. O, şirkətlərlə 1,5°C strategiyaları işləyib hazırlayıb və artıq 20 ildir ki, aktiv şəkildə iqlim siyasətləri formalaşdırır. İLK-ə qoşulmazdan əvvəl xanım Kaskinen Demos Helsinki beyin mərkəzinin baş icraçı direktoru vəzifəsində çalışıb. İLK-dəki vəzifəsindən əlavə, o həm də Turku Universitetində idarə heyətinin sədr müavinidir.
|
Norveç
Per Strand Şosta - Norveç Xarici İşlər Nazirliyinin yaşıl keçid üzrə xüsusi müşaviri
Bioqrafiya: Per Strand Şosta Osloda Xarici İşlər Nazirliyində, xarici ölkələrdəki müxtəlif səfirliklərdə müxtəlif vəzifələrdə 30 ildən çox təcrübəyə malik norveçli xarici diplomatik xidmət əməkdaşıdır.
|
İsveç
Cina Aspelin Hedbrinq - IVL - İsveç Ətraf Mühit üzrə Tədqiqat İnstitutunda Beynəlxalq Məsələlər üzrə Şöbənin rəhbəri
Bioqrafiya: Cina Aspelin Hedbrinq uzun illərdir ki, bir çoxu ağıllı və dayanıqlı şəhərlərdə inkişafın əldə edilməsi ilə bağlı olan müxtəlif təşəbbüslərə rəhbərlik edir. Hazırda o, IVL - İsveç Ətraf Mühit üzrə Tədqiqat İnstitutunda beynəlxalq biznes üzrə menecerdir. O cümlədən “Smart City Sweden”da layihə meneceri, həmçinin İsveçin strateji innovasiya layihələrindən biri olan “Water Wise Societies” layihəsində beynəlxalq strategiyaya rəhbərlik edir.
|
Skandinaviyalı ekspertlərin Azərbaycan auditoriyasına müraciəti