play button image
Skandinaviya yaşıl modeli, Kitabistan, COP29
play button image
Skandinaviya yaşıl modeli, Kitabistan, COP29
play button image
Skandinaviya yaşıl modeli, Kitabistan, COP29 Danimarka
play button image
Finlandiya: Yaşıl işıq ölkəsi
play button image
Norveç: Boyük ambisiyaları olan yaşıl nəhəng
play button image
İsveç: Dayanıqlı enerjidə öncüllük etmək
play button image
Sorğu: İqlim dəyişikliyi sizə necə təsir edir?

Skandinaviya modeli

Danimarka

Kitabistan Denmark flag

Finlandiya

Kitabistan Finland flag

İsveç

Kitabistan Sweden flag

Norveç

Kitabistan Norway flag

Skandinaviya ölkələri – Danimarka, Finlandiya, İslandiya, İsveç və Norveç heyrətamiz gözəl təbiətləri ilə məşhurdur. Norveçin əzəmətli fyordlarından Finlandiyanın geniş meşələrinə qədər bu mənzərələr sadəcə seyr etmək üçün deyil, “Friluftsliv”i, Skandinaviyanın "açıq havada həyat" fəlsəfəsini mənimsəməyə bir dəvətdir.

[Daha çox]

0

%

Danimarkada elektrik istehsalının 81 faizi bərpa olunan enerji mənbələrindən gəlir

0

%

Finlandiyada bərpa olunan enerji mənbələri ümumi enerji istehlakının 42 faizini ödəyib

0

%

İsveçdə hidroenergetika ümumi enerji istehsalının təxminən 43 faizini təşkil edir

0

%

Norveçdə elektrik istehsalının 98 faizdən çoxunu su və külək enerjisi təşkil edir

İqlim dəyişikliyi sizə necə təsir edir?

Ləman Rüstəmova | Nordic talks

Dəniz çox çirklidir, xeyli arxaya çəkilib. Həm də insanların özü bu şəraiti yaradır. İnsanları özləri də problemi həll etməyə cəhd etməlidirlər. Bizdən asılıdır.

Ləman Rüstəmova

28 yaş

Emil Məmmədli Nordic Talks

İqlim dəyişikliyinin hal-hazırda şəxsən mənə təsiri olmasa da heyvanlara və təbiətə təsiri var. Bu da nəticə olaraq gələcəkdə gəlib bizə də təsir edəcək.

Emil Məmmədli

23 yaş

Zərifə Mehdiyeva Nordic Talks

Bu qlobal bir problem olduğu üçün məişət tullantılarını çölə atmamaqla, ağacəkmə aksiyalarında iştirak etməklə bir vətəndaş kimi, bu kainatda yaşayan bir insan kimi, əlimdən gələni edirəm. Mən və ailə üzvlərim meteohəssas insan olduğumuz üçün global istiləşmənin təsirlərini təəsüf ki, çox rahat şəkildə görə bilirik. 
Sağlamlığımızı qorumaq bizim məsuliyyətimiz olduğu kimi, təbiəti qorumaq da bizim məsuliyyətimiz olmalıdır. Biz təbiətə yaxşı davranmalıyıq ki, təbiət də bizə yaxşı davransın.

Zərifə Mehdiyeva

33 yaş

Hamlet Paşayev Nordic Talks

İqlim dəyişikliyi tək Azərbaycan yox, bütün dünya üçün böyük problemdir. Azərbaycanda bu il COP29 keçiriləcək. Bundan sonra bəlkə nəsə dəyişə bilər.

Hamlet Paşayev

61 yaş

Rəvanə Maksudəliyeva Nordic Talks

İqlim dəyişikliyi insanlara çox pis təsir edir. Hava şəraiti qeyri-stabildir. Bir gün yağış-yağır, bir gün gün çıxır. İnsanların psixologiyasına da təsir edir.

Rəvanə Maksudəliyeva

34 yaş

Adem Babazade Nordic Talks

İqlim dəyişikliyi birbaşa bizim istirahətimizə təsir edir. Çünki hal-hazırda ətraf rayonlarda hava şəraiti normal deyil. Məsələn, mən Qubaya getmək istəyirəm, amma hazırda oradakı hava şəraiti getməyə imkan vermir. Bunun da birbaşa iqlim dəyişikliyi ilə əlaqəli olduğunu düşünürəm. Qubada hal-hazırda güclü sel daşqınları baş verir. Bundan əlavə hava şəraiti stabil deyil. Məsələn bir neçə il bundan əvvəl insanlar artıq may ayında istirahət etməyə başlayırdı. Bu il isə mayda Azərbaycanın hansısa bölgəsinə gedib istirahət etmək mümkün deyildi. Çünki çox qeyri-stabil hava şəraiti var idi.

Adəm Babazadə

24 yaş

Nordic Talks Street Survey

Dünya iqlimin getdikcə pisləşməsi sadəcə biz insanlar üçün yox, bütün canlılar üçün faciəyə çevrilib. Mən bacardığım qədər plastik istifadəsini, elektrik istifadəsini minimuma tutmağa çalışıram. Fərd olaraq məlumatlı olmalıyıq. Amma düşünürəm ki, bunu geri döndərəcək güclər fərdlər deyil, böyük dövlətlərdir və üstlərinə düşəni etməlidirlər.

Möysünlü Tərlan

27 yaş

Nordic Talks Street Survey

Havanın temperaturu ilbəil artır. Amma iqlim dəyişikliyinin təsirini ilk olaraq havanın çirkliliyi ilə hiss etmək olur.

Ruslan Kərimov

20 yaş

Nordic Talks Street Survey

Qışda soyuq o qədər hiss olunmur. Bu həmişə belə deyildi. Bunu iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirirəm. Yayda da temperatur o qədər hiss olunmur. İqlim dəyişikliyinin nəticələri daha çox rayonlarda hiss olunur. İnsanlar şikayət edirlər ki, məhsullara ziyan dəyir. Bu, qlobal problemdir.

Nuranə Kamil

25 yaş

Nordic Talks Street Survey

Məndə son zamanlar alergiya yaranıb günəşə çıxa bilmirəm. Əvvəllər belə bir şey yox idi.  Günəş işıqlarından olur. Bu da anormal istiləşmədəndir

Şəhzadə Həsənli

29 yaş

Nordic Talks Skandinaviya yaşıl modeli

İqlim dəyişikliyi mənə çox pis təsir edib. Havanın çirkliyiyi üstümüzə gəlir. Nə payız, nə yaz normal keçdi. Qışda da normal qar yağmadı.

Gözəlov Cahid

32 yaş

Nordic Talks Skandinaviya yaşıl modeli

Xəzər dənizi quruyur. Bu o deməkdir ki, dünyamız getdikcə daha da pisləşir. Bu da həm insanların, həm də digər canlıların həyatı üçün təhlükədir. Bizim ölkəmizdə buna qarşı tədbirlər alınmağa başlayır.

Ələsgərova Münəvvər

18 yaş

Nordic Talks Skandinaviya yaşıl modeli

Yay gec gəlir, Xəzərin səviyyəsi azalır. Dünyada temperatur yüksəlməsi var. Sənayenin, daş kömürün yandırılması, neft-qaz istehsalatı bunun səbəblərindəndir. Şimal qütbünə yaxın ərazilərdə kütləvi buz ərimələri var.

Orxan Cəlil

40 yaş

Nordic Talks Skandinaviya yaşıl modeli

Qlobal istiləşməyə görə havalar hər keçən il daha da istiləşir. İnsan özünü yorğun hiss edir

Nigar Məmmədova

20 yaş

Kitabıstan iqlim dəyişikliyi cop29 nordic talks

Havada çirk çox hiss olunur. Qış fəslində soyuq olmur.

Günel Əhmədli

21 yaş

Kitabıstan iqlim dəyişikliyi cop29 nordic talks

Fabriklərin işinin nəinki ölkəmizdə, dünyanın hər yerində düzgün nizamlandığını düşünmürəm. Təbii qaynaqlar düzgün istifadə olunmur. Bu, maddi olaraq qısamüddətli fayda verə bilər, amma uzunmüddətli ziyan vuracaq. Bunun üçün hər kəs bir fərd olaraq əlini daşına altına qoymalıdır. Ən azından plastikləri yerə atmayıb, görəndə toplamaq lazımdır.

Elvin Mahmudov

27 yaş

yay, kitabistan, iqlim dəyişikliyi, nordic talks

Qış daha isti keçir, soyuq deyil. Yay isə ürəksıxıcı dərəcədə isti keçir ki, bu da narahatedicidir. Həm də bu il yay daha gec başladı.

Əli Rəhmanlı

28 yaş

Cop29, Kitabıstan, Nordic Talks

Yayı-qışı bilmirik. Fəsillər dəyişib. Havadan ağırlıq yağır.

Məmmədova Şamama

55 yaş