Dayanıqlı Skandinaviya Şəhərləri

Skandinaviyalılar dayanıqlılıq yolunda irəliləyirlər və sizi bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik!

Dünyanın hər yerində şəhərlər yaşlıların tənhalığından tutmuş şəhərlərdə daşqınlar və hava çirkənlənməsinə qədər böyük, lakin oxşar çətinliklərlə üzləşir.

 

BMT-nin “Gündəlik-2030”u bu problemlərin bir çoxlarının həll edilməsi üçün çərçivə təqdim edir. 11-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) xüsusilə şəhərlərin və icmaların oynadığı vacib rolu vurğulayır. Lakin bu sərgidə nümayiş olunduğu kimi, şəhər həlləri 11-ci DİM-lə məhdudlaşmır, digər bir çox məqsədlərlə də əlaqəlidir.

 

Skandinaviya ölkələri özlərini BMT-nin “Gündəlik-2030”na həsr ediblər və artıq DİM-lərin reallaşdırılmasına töhfə verə biləcək həllərə sahibdirlər.

 

Bu sərgidə siz skandinaviyalı memar və mühəndislərin artıq üzərində işlədiyi səhiyyə, mobillik, aşağı karbon, dairəvi iqtisadiyyat və davamlılıq sahələrindəki bəzi həllərlə tanış olacaqsınız.

 

Skandinaviyalılar dayanıqlılıq yolunda irəliləyirlər və sizi bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik!

 

Sərgi “Nordic Innovation” tərəfindən maliyyələşdirilib və Danimarka Memarlıq Mərkəzi (DK), Norveç Dizayn və Memarlıq (NO), ArkDes & Form/Design Mərkəzi (SE), İslandiya Dizayn Mərkəzi (IS) və Archinfo (FI) tərəfindən hazırlanıb.

 

Skandinaviya ölkələri Avropanın Şimalında yerləşir, İsveç, Norveç, Finlandiya, İslandiya, Danimarka və onların tərkibində olan Qrenlandiya, Farer Adaları və Aland adalarından ibarətdir.

 

Dayanıqlı Skandinaviya Şəhərləri sərgisi 26-27 sentyabr 2024-cü il tarixlərində Bakıda Nizami Kino Mərkəzi və Radisson Hoteldə nümayiş etdirilib. Sərgiyə baxmaq üçün bu linkə keçid edə bilərsiniz.